Home » Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın fövqəladə sessiyaya sədrliyini yüksək qiymətləndirib

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın fövqəladə sessiyaya sədrliyini yüksək qiymətləndirib

by Aytac
0 comments 0 views 1 minutes read

Parisdə Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyatı İdarəetmə Şurasının fövqəladə sessiyası keçirilib. Beynəlxalq Nəqliyyat Forumu (BNF) Azərbaycanın sözügedən tədbirə sədrliyini yüksək qiymətləndirib.

İclasdan sonra BNF-nin sosial media hesabında paylaşılan açıqlamada iclasın uğurla idarə olunmasına və müzakirələrin səmərəli şəkildə yönləndirilməsinə görə Azərbaycana xüsusi minnətdarlıq ifadə edilib.

Fövqəladə sessiya nəqliyyat siyasəti üzrə dialoq üçün mühüm platforma rolunu oynayıb və ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa sadiqliyini növbəti dəfə nümayiş etdirib.

Məlumat üçün bildirək ki, Azərbaycanın BNF-yə prezidentliyi 6-8 may 2026-cı il tarixlərində “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusunda keçiriləcək sammitlə yekunlaşacaq. BNF-yə prezidentlik ölkəmizin qlobal nəqliyyat siyasətinin formalaşdırılmasındakı rolunu daha da möhkəmləndirəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.