Home » Dövlət Vergi Xidməti yanvarda büdcəyə 2 mlrd. manatdan çox vəsait köçürüb

Dövlət Vergi Xidməti yanvarda büdcəyə 2 mlrd. manatdan çox vəsait köçürüb

by Zeyneb
0 comments 1 views 0 minutes read

Dövlət Vergi Xidməti xətti ilə bu ilin yanvar ayında dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vəsait daxil olub.

Bu barədə qurum məlumat yayıb. Bildirilir ki, daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % az, proqnozla müqayisədə isə 2,5 % çox olub.

Hesabata əsasən, ötən ay vergi daxilolmalarının 1 milyard 467,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu göstərici illik müqayisədə 6,5 %, proqnozla müqayisədə isə 2,95 % çoxdur.

Xatırladaq ki, 2026-cı il üzrə Dövlət Vergi Xidmətinin dövlət büdcəsinə köçürməli olduğu vəsaitin həcmi 16,91 milyard manat təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.