
2025-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 150 hüquqi aktın layihəsi hazırlanıb, onlardan 45-i təsdiqlənib.
BBN.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, il ərzində hazırlanmış layihələrin 43-ü qanun, 50-si prezident fərmanı, 9-u Nazirlər Kabinetinin qərarı, 4-ü prezident sərəncamı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü isə nazirliyin kollegiya qərarı olub.
Hesabat dövründə nazirliyə ümumilikdə 1 248 hüquqi akt layihəsi daxil olub. Onlardan 1 002-nə hüquqi rəy verilib, 246 sənəd isə nazirliyin rəhbərliyi tərəfindən vizalanıb.





