1

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat daxil olub.
BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, icarə daxilolmaları aylıq proqnozla müqayisədə 4,4 % çox icra edilib.
Xatırladaq ki, 2026-cı il üzrə ƏMDX-nin dövlət əmlakının icarəsindən büdcəyə 40 milyon manat vəsait köçürməsi nəzərdə tutulur. Beləliklə, yanvar ayı ərzində illik proqnozun 12,25 %-i təmin olunub.





