
Azərbaycanda illik inflyasiya ilin sonuna kimi 3,5%-ə enəcək.
Bu barədə beynəlxalq iqtisadi statistika portalı “Trading Economics”dən (TE) bildirilib.
Portal Azərbaycanın inflyasiya proqnozlarını dəyişməz saxlayıb.
Statistika portalı bu ilin ilk rübü üzrə Azərbaycanda 4,7%, ikinci rübdə 4,3%, üçüncü rübdə 4%, dördüncü rübdə isə 3,5% inflyasiya proqnozlaşdırıb.
“Trading Economics” paralel olaraq Azərbaycan Mərkəzi Bankının da uçot dərəcəsini azaldacağını proqnozlaşdırıb. TE hesab edir ki, AMB bu ilin ikinci rübündə uçot dərəcəsini 6,5% səviyyəsində sabit saxlayacaq, üçüncü rübdə 6,25%-ə, ilin son rübündə isə 6%-dək endirəcək.
Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə bu ilin fevral ayının 4-də uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6,5%-ə endirib.





