Home » Tramp Rusiya və Çinin Qəzzaya maliyyə yardımında iştirak edəcəyini gözləyir

Tramp Rusiya və Çinin Qəzzaya maliyyə yardımında iştirak edəcəyini gözləyir

by yunus
0 comments 0 views 1 minutes read

“Rusiya və Çin Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsində iştirak edə bilər”.

BBN.az xəbər verir ki, bu sözləri Donald Tramp Sülh Şurasının iclasında çıxışı zamanı bildirib.

Tramp Yaponiyanın Qəzza üçün böyük ianə toplama tədbiri keçirmək niyyətində olduğunu deyib. Onun sözlərinə görə, Cənubi Koreya, Filippin və Sinqapur da daxil olmaqla region ölkələri bu prosesə qoşulacaq.

ABŞ prezidenti qeyd edib ki, Qəzzaya yardım məsələsində bütün tərəflər bir araya gəlməlidir. O, yalnız eyni ideologiyaya malik tərəflərlə əməkdaşlığın mənasız olduğunu vurğulayıb.

Yanvar ayında Trampın Rusiyanı yaratdığı Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdiyi açıqlanmışdı.

Vladimir Putin Rusiyanın ABŞ-da dondurulmuş 1 milyard dollarlıq vəsaitini Sülh Şurasına yönəltməyi təklif etdiyini açıqlayıb. Kremlin bu təklifə hələ cavab almadığı bildirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.