Home » Azərbaycan Texniki Universiteti-də “Fintech Lab” istifadəyə verildi

Azərbaycan Texniki Universiteti-də “Fintech Lab” istifadəyə verildi

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu gün Azərbaycan Fintex Assosiasiyası (“AzFina”) İctimai Birliyinin tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (“AzTU”) fintex laboratoriyasının (“Fintech Lab”) açılış mərasimi keçirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov, şöbə müdiri Xəyaləddin Tağıyev, “AzFina”nın İdarə Heyətinin sədri Edqar Abdullayev və universitetin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, “FinTech Lab” vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklərin aşılanması, fintex bazarında tələb olunan ixtisaslı kadrların hazırlanması, ödəniş və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, eləcə də ölkədə maliyyə savadlılığının artırılmasına dəstək verilməsi nəzərdə tutulur.

V.Vəliyev “AzFina” ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, bu tərəfdaşlıq universitet–sənaye əməkdaşlığının inkişafına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına töhfə verəcək.

V.Xəlilov isə tənzimləyici qurum kimi tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. O, ölkədə maliyyə texnologiyaları sahəsində mövcud vəziyyət və innovasiyalar barədə məlumat verib, həmçinin 11 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə rəqəmsallaşma və süni intellektin prioritet istiqamət kimi müəyyən edildiyini xatırladıb. Sədr müavini yeni laboratoriyanın həm mütəxəssis hazırlığına, həm də maliyyə savadlılığının genişlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

X.Tağıyev laboratoriyada AMB-nin maliyyə savadlılığı strategiyasına uyğun mütəxəssislərin hazırlanmasının fintex sektorunda mövcud kadr ehtiyacının azaldılmasına dəstək olacağını vurğulayıb.

E.Abdullayev isə AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, laboratoriyanın tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında mühüm rol oynayacağını qeyd edib.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.