0

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin yanvar-mart ayları ərzində 4.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BBN.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 3 ayı ilə müqayisədə 0.7 milyon ABŞ dolları və ya 18,4% çoxdur.
Qeyd edək ki, AZAL 2025-ci ilin yanvar-mart aylarında ixracdan 3.8 milyon ABŞ dolları gəlir əldə edib.




