0

Bu ilin 31 mart tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 505 (illik müqayisədə 14 vahid çox), şöbələrinin sayı 85 (dəyişməyib), ATM-lərin sayı 3 586 (illik müqayisədə 296 vahid çox) olub.
BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0,1% və ya 36 nəfər azalaraq 27,241 nəfər təşkil edib. Sektorun işçilərinin sayı illik müqayisədə isə 5,8% artıb. Ötən ilin eyni dövründə bu say 25,755 nəfərə bərabər idi.




