Home » Qlobal borc rekord həddə çatıb

Qlobal borc rekord həddə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Qlobal borc rekord həddə çatıb.

BBN.az xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutu (“IIF”) “Qlobal Borc Monitorinqi” hesabatını yayımlayıb.

Hesabatda qeyd olunur ki, ötən il qlobal borclanma tempi nəzərəçarpacaq dərəcədə sürətlənib və bu artım pandemiya dövründən bəri qeydə alınan ən yüksək yüksəliş olub. Ümumi qlobal borc ötən il təxminən 29 trilyon dollar artaraq 348,3 trilyon dollara çatıb və tarixi maksimumunu yeniləyib.

Qlobal borcdakı artımın təxminən üçdə ikisinin büdcə kəsiri xərclərinin genişlənməsi fonunda inkişaf etmiş bazarların payına düşdüyü vurğulanır.

Borclanma həcmləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda yeni zirvələrə yüksələrək borc yığımının genişmiqyaslı xarakter daşıdığını göstərib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.