Home » Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya sanksiyalar ləğv edilir

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya sanksiyalar ləğv edilir

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda xarici iqtisadi fəaliyyət nəticəsində əldə olunan valyuta vəsaitlərinin ölkəyə qaytarılmamasına görə nəzərdə tutulan cinayət məsuliyyəti ləğv edilir.

BBN.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik layihəsində öz əksini tapıb və sənəd üçüncü oxunuşda qəbul edilib.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və ölkənin müvəkkil banklarındakı hesablara köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmayan şəxslər üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası ilə üzləşirlər. Eyni əməl külli miqdarda və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Yeni dəyişikliklərə əsasən, bu müddəalar tamamilə ləğv edilir və məsuliyyət cinayət müstəvisindən çıxarılaraq inzibati məsuliyyətlə əvəz olunur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, xarici valyuta vəsaitlərinin ölkəyə qaytarılmamasına görə vəzifəli şəxslər qaytarılmamış vəsaitin 10-20 %-i, hüquqi şəxslər isə 20-30 %-i həcmində cərimə ediləcəklər.

Bununla yanaşı, inzibati iş üzrə qərar qəbul edilənədək xaricdə qalan valyuta vəsaiti ölkəyə qaytarılarsa, həmin şəxs inzibati məsuliyyətdən azad ediləcək.

Layihədə həmçinin “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq xaricə köçürmələrlə bağlı tələb olunan təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya xaricdən qaytarılmalı vəsaitlərin vaxtında ölkəyə köçürülməməsinə görə yeni cərimələr də müəyyənləşdirilir.

Belə ki, bu hallarda:

  • fiziki şəxslər qaytarılmamış vəsaitin 5-10 %-i;
  • vəzifəli şəxslər 10-20 %-i;
  • hüquqi şəxslər isə 20-30 %-i həcmində cərimə olunacaqlar.

Qeyd edək ki, qəbul edilən qanun dəyişikliklərinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.