Home » Naxçıvanda vergi ödəyicilərinin sayı 6,7 % artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 6,7 % artıb

by yunus
0 comments 1 views 1 minutes read

Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 55 min 711 nəfərə çatıb.

BBN.az xəbər verir ki, vergi ödəyicilərinin 94,7 %-ni fiziki şəxslər, 5,3 %-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bölgədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu müddətdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin və digər təşkilatların sayı isə 4,4 % yüksəlib.

Naxçıvanda kommersiya qurumlarının sayında da artım qeydə alınıb. Hesabat dövrünün sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 1 911-ə çatıb ki, bu da illik müqayisədə 15 % çoxdur.

Cari ilin ilk altı ayında dövlət qeydiyyatına alınan kommersiya qurumlarının böyük hissəsi elektron xidmətlərdən istifadə edib. Belə ki, yeni qeydiyyatdan keçən kommersiya qurumlarının 86,7 %-i elektron qaydada, 13,3 %-i isə kağız daşıyıcılar vasitəsilə qeydiyyata alınıb.

Məlumatlar Naxçıvanda biznes və sahibkarlıq fəaliyyətinin genişlənməsi, eləcə də elektron dövlət xidmətlərindən istifadənin artdığını göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.