Home » ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

25 fevral 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Marketing və PR” Ekspert qrupu ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) arasında bank sektorunda maliyyə savadlılığının artırılması istiqamətində onlayn görüş keçirilib.

Görüş çərçivəsində ABA tərəfindən üzv bankların 2026-cı il ərzində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirməyi planlaşdırdıqları təşəbbüslər təqdim olunub. Eyni zamanda, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin işçi qrupunun ümumi fəaliyyət planına inteqrasiyası və genişmiqyaslı layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Müzakirələr zamanı AMB nümayəndələri və ABA-ya üzv bankların təmsilçiləri tərəfindən 2026-cı il üzrə prioritet istiqamətlər, maliyyə savadlılığının təşviqi üzrə birgə fəaliyyət mexanizmləri və institusional əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Banklar Assosiasiyası maliyyə savadlılığının artırılmasını bank sektorunun dayanıqlı inkişafının əsas prioritetlərindən biri kimi qiymətləndirir və bu sahədə Mərkəzi Bank və üzv banklarla koordinasiyalı fəaliyyətin davam etdirilməsini vacib hesab edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.