Home » Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək

Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək

by yunus
0 comments 10 views 1 minutes read

Azərbaycan bank sektoru yaxın illərdə yaşıl maliyyələşmənin genişləndirilməsinə xüsusi diqqət yetirəcək.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, COP29 çərçivəsində bank sektoru qarşıdakı 5 il üçün 2 milyard manat həcmində yaşıl kredit öhdəliyi götürüb.

“Bu vəsait əsasən bərpa olunan enerji layihələrinə, xüsusilə günəş və külək enerjisinə, həmçinin sənaye və kommersiya sektorunda enerji səmərəliliyinin artırılmasına yönəldiləcək”, – deyə o qeyd edib.

ABA prezidentinin sözlərinə görə, yaşıl maliyyələşmə çərçivəsində enerji effektiv yaşayış və tikinti layihələri, aqrar sektorda iqlimə davamlı texnologiyalar və elektrik nəqliyyatının inkişafı da dəstəklənəcək.

Z.Nuriyev əlavə edib ki, banklar həm iri şirkətlərin, həm də kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz texnologiyalara keçidini fəal şəkildə maliyyələşdirəcək.

Onun sözlərinə görə, eyni zamanda fərdi müştərilər üçün də yaşıl maliyyə məhsulları genişləndirilir.

“Xüsusilə elektromobillərin alınması və yaşayış binalarının enerji effektivliyinin artırılması üçün güzəştli kreditlər təqdim edilir”, – deyə o bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.