1

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxslərə qaytarılması üzrə “ƏDV geri al” layihəsi uğurla davam edib.
BBN.az xəbər verir ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində müvəkkil banklar vasitəsilə ödənilmiş ƏDV-nin qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründə qaytarılmış 6 milyon 191,4 min manatla müqayisədə təxminən 8,5% çoxdur.




