0

Azər-Türk Bank ASC-nin rəhbərliyində yeni təyinat baş tutub.
Fərid Quliyev bankın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. Bununla bağlı qərar bankın Müşahidə Şurası tərəfindən qəbul olunub.
Beləliklə, ATB-nin İdarə Heyətinin tərkibi ilin əvvəlində sədr vəzifəsinə təyin olunan Günel Nəbiyeva ilə birlikdə 5 nəfərdən ibarət olub.
Qeyd edək ki, Fərid Quliyev 2002-ci ildən korporativ bankçılıq sahəsində fəaliyyət göstərir. O, 2015-ci ildən yeni təyinatına qədər **PAŞA Bank**da müxtəlif vəzifələrdə çalışıb.




