Home » “Azərpoçt” ötən il 131,7 min ödəniş kartı emissiya edib

“Azərpoçt” ötən il 131,7 min ödəniş kartı emissiya edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Azərpoçt” MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında bildirilib.

Məlumata görə, 2026-cı il yanvarın 1-nə “Azərpoçt”a məxsus aktiv ödəniş kartlarının ümumi sayı 408,5 min ədədə çatıb.

Hazırda “Azərpoçt” şəbəkəsində 86 ədəd ATM, 110 ədəd POS cash, 1 048 ədəd POS retail, 221 ədəd Mobil POS, 64 ədəd səyyar ödəniş qəbulu terminalı və 20 ədəd SmartPay ödəniş terminalı vasitəsilə vətəndaşlara xidmət göstərilir.

Hesabat ilində poçt göndərişlərinin sayında azalma müşahidə olunub. Belə ki, əvvəlki illə müqayisədə qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 7,7% azalaraq 7 milyon 686,5 min ədəd, beynəlxalq sadə məktub və banderolların sayı 3,6% azalaraq 61,3 min ədəd, sifarişli məktub və banderolların sayı isə 3,1% azalaraq 31,9 min ədəd olub.

Bununla yanaşı, qəbul edilmiş beynəlxalq kiçik paketlərin sayı 0,5% azalaraq 20,5 min ədədə, çıxan beynəlxalq bağlamaların sayı 0,7% azalaraq 12,5 min ədədə, daxil olan beynəlxalq bağlamaların sayı 2,7% azalaraq 26 min ədədə düşüb. Daxili bağlamaların sayı isə 27,2% azalaraq 159,4 min ədəd təşkil edib.

Eyni zamanda bəzi xidmətlər üzrə artım da qeydə alınıb. Belə ki, qəbul edilmiş daxili kiçik paketlərin sayı 18,6% artaraq 545,9 min ədədə yüksəlib. Daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 43% azalaraq 544,8 min ədəd olub.

Bundan əlavə, İsrail, Belarus və Qazaxıstanın milli poçt operatorları ilə bağlı tranzit poçt xidmətləri üzrə razılaşmalar çərçivəsində hesabat dövründə 76,4 min kiloqram tranzit poçt emal edilərək bu ölkələrə göndərilib.

Hesabatda həmçinin qeyd olunub ki, ötən il İqtisadiyyat Nazirliyi tərəfindən sürətli poçt xidməti üzrə 40 əsas lisenziya və 250 lisenziyaya əlavə verilib, 5 lisenziya yenidən rəsmiləşdirilib, 59 lisenziya isə ləğv edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.