Home » EBRD Cənubi Qafqazda beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır

EBRD Cənubi Qafqazda beynəlxalq əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Cənubi Qafqazda beynəlxalq əməkdaşlığın genişləndirilməsi proseslərini dəstəkləməyə hazırdır.

Bunu EBRD-nin Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər regionunun biznes sammitində bildirib.

Onun sözlərinə görə, region ölkələrinin rəhbərliyindəki dəyişikliklər mühüm amilə çevrilib ki, bu da bir çox ümumi cəhətləri olan Cənubi Qafqaz dövlətlərinə daha fəal qarşılıqlı fəaliyyətə başlamağa və dialoq qurmağa imkan yaradıb:

“Bu regionda Azərbaycan və Ermənistan var, yeni perspektivlər yaranır. Dünya dəyişir: narahatlıq doğuran böhranlarla yanaşı, ümid əlamətləri də görünür. Beynəlxalq ictimaiyyət reaksiya verir və həll yolları tapır. Ümid edirik ki, bu proses davam edəcək. Bir təsisat olaraq, biz bunu dəstəkləməyə hazırıq”.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.