Home » Azərbaycanda ən çox vergi ödəyən banklar açıqlandı – “Kapital Bank” liderdir

Azərbaycanda ən çox vergi ödəyən banklar açıqlandı – “Kapital Bank” liderdir

by Zeyneb
0 comments 5 views 1 minutes read

2025-ci ildə ən çox vergi ödəyən və bu məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin siyahısı açıqlanıb. Siyahıda büdcə təşkilatları istisna olunmaqla, ölkənin aparıcı banklarının da ödədiyi vergi məbləğləri məlum olub.

Siyahıya əsasən, “Kapital Bank” ötən il ödədiyi 131,9 milyon manat vergi ilə Azərbaycanda ən çox vergi ödəyən bank olub və ilk sırada qərarlaşıb.

İkinci yerdə 123,5 milyon manat vergi ödənişi ilə ABB (Azərbaycan Beynəlxalq Bankı), üçüncü yerdə isə 81,2 milyon manatla “PAŞA Bank” yer alıb.

Reytinqdə növbəti pillələrdə “Bank Respublika” (32,1 milyon manat) və “Unibank” (30,6 milyon manat) qərarlaşıb.

Altıncı yeri 28,1 milyon manat vergi ilə “Xalq Bank”, yeddinci yeri isə 27,6 milyon manatla “AccessBank” tutub.

Siyahının davamında “Azər-Türk Bank” 16,4 milyon manatla səkkizinci, “Bank of Baku” 15 milyon manatla doqquzuncu, “Yelo Bank” isə eyni məbləğ – 15 milyon manat vergi ilə onuncu sırada yer alıb.

Qeyd edək ki, açıqlanan siyahı ölkədə fəaliyyət göstərən bank sektorunun vergi töhfəsini və maliyyə dayanıqlığını əks etdirən əsas göstəricilərdən biri hesab olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.