
2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15927,3 milyon manatlıq, o cümlədən 8774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 232,3 manatlıq qeyri-ərzaq malları alıb.




