2

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev vəzifəsindən ayrılıb.
Məlumata görə, o, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, İ.Mustafayev 2000-ci ildən etibarən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb. O, 2021–2022-ci illərdə “Azərpoçt” MMC-də baş direktorun müavini vəzifəsini icra edib, eyni zamanda şirkətin İdarə Heyətinin üzvü olub.




