
Bakı, 27 aprel, 2026. Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, “Sahibkarlar Günü” münasibətilə regionlarda fəaliyyət göstərən sahibkarlarla silsilə görüşlər təşkil edib.
Lənkəran, Zaqatala və Göyçay şəhərlərində keçirilən görüşlərin əsas məqsədi yerli biznes nümayəndələrinin ehtiyaclarını daha yaxından öyrənmək, onların qarşılaşdıqları çağırışları dinləmək və bu ehtiyaclara uyğun maliyyə həllərini təqdim etmək olub.
Tədbirlər zamanı sahibkarlar üçün kredit məhsulları, biznesin maliyyələşdirilməsi imkanları, nağdsız ödəniş həlləri və rəqəmsal bankçılıq xidmətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda sahibkarlarla açıq dialoq aparılaraq onların təklif və rəyləri müzakirə olunub.
Bankdan bildirilib ki, sahibkarlarla birbaşa ünsiyyət onların real ehtiyaclarına uyğun həllərin formalaşdırılmasında mühüm rol oynayır və regionlarda bu formatda görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.
📌 Daha ətraflı məlumat üçün: 🌐 Veb sayt: www.bankrespublika.az 📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram 📞 Çağrı Mərkəzi: 144




