Home » AMB neft və qaz üzrə yeni qiymət proqnozlarını açıqlayıb

AMB neft və qaz üzrə yeni qiymət proqnozlarını açıqlayıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı 2026 və 2027-ci illər üzrə neft və təbii qaz qiymətləri ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Bu barədə AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən, 2026-cı ildə dünya bazarında neftin bir barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiyməti isə 324 ABŞ dolları olacaq.

T.Kazımov bildirib ki, 2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 78 ABŞ dolları və 290 ABŞ dolları səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, AMB-nin əvvəlki proqnozunda 2026-cı ildə neftin orta qiymətinin 64 ABŞ dolları, təbii qazın isə 269 ABŞ dolları olacağı gözlənilirdi. 2027-ci il üzrə gözləntilər isə neft üçün 65 ABŞ dolları, qaz üçün isə 254 ABŞ dolları səviyyəsində açıqlanmışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.