Home » İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib

by Aytac
0 comments 0 views 1 minutes read

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edib.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqlara Ələt Azad İqtisadi Zonasının investisiya mühiti, xüsusi hüquqi rejimi, təşviq mexanizmləri, hazır infrastruktur və logistik üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, Zonada həyata keçirilən layihələr və görülən infrastruktur işləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırır.

İİB Qrupunun sədri Məhəmməd Əl-Casir görülən işləri yüksək qiymətləndirərək, xüsusilə beynəlxalq hava limanı layihəsinin əhəmiyyətini vurğulayıb və “bir pəncərə” prinsipinin tətbiqinin investisiya mühitinin cəlbediciliyini artırdığını qeyd edib.

Nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında yaradılan şəraitlə tanış olub, yüngül sənaye sahələri üzrə görülən işləri və ərazidə inşa olunan beynəlxalq hava limanının tikinti prosesini izləyib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.