Home » AMB banklarda stres-testlərin aparılması ilə bağlı yeni qaydaları təsdiqləyib

AMB banklarda stres-testlərin aparılması ilə bağlı yeni qaydaları təsdiqləyib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı-nın (AMB) İdarə Heyəti “Banklarda stres-testlərin aparılması Qaydası”nı təsdiq edib.

Məlumata görə, yeni qaydanın əsas məqsədi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılmasıdır.

Qayda qabaqcıl beynəlxalq təcrübə, o cümlədən Bazel KomitəsiAvropa Bank Nəzarəti Orqanı prinsipləri nəzərə alınmaqla hazırlanıb.

Bununla yanaşı, yeni tələblərə uyğunlaşdırma məqsədilə “Banklarda korporativ idarəetmə Standartları”nda, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda, “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nda və “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nda da dəyişikliklər təsdiqlənib.

Yeni qaydada banklarda stres-testləşmənin əsas prinsipləri, proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər öz əksini tapıb. Sənəddə həmçinin həssaslıq və ssenari təhlillərinin əhatəsi, likvidlik, kredit, bazar və əməliyyat riskləri üzrə stres-testlər, eləcə də risklərarası qarşılıqlı təsirlərlə bağlı tələblər müəyyənləşdirilib.

Qaydada stres-test nəticələrinin Mərkəzi Banka təqdim olunması ilə bağlı hesabatlıq məsələləri, həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modellərinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsi üçün istifadə edilə bilən suallar da yer alıb.

AMB hesab edir ki, yeni qayda stres-testlərin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə vahid və sistemli tənzimləmə çərçivəsi formalaşdıracaq. Bu isə bankların fərdi dayanıqlılığının və ümumilikdə sektorun risklərə davamlılığının daha kompleks qiymətləndirilməsinə imkan verəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.