Home » İqtisadiyyat nazirinin birinci müavini BMT Baş katibinin müavini ilə görüşüb

İqtisadiyyat nazirinin birinci müavini BMT Baş katibinin müavini ilə görüşüb

by Aytac
0 comments 0 views 0 minutes read

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr çərçivəsində iqtisadi inkişaf, yaşıl enerji, dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.