Home » Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bankxarici ölkəxarici pul köçürmələri edən müştərilər Bank of Baku-da bu əməliyyatı sərfəli tariflərlə yerinə yetirə bilərlər.

Belə ki, Bank of Baku ABŞ dolları üzrə ölkəxarici pulköçürmə tariflərinə endirim edərək komissiyanı 0.2% olaraq müəyyənləşdirib. Üstəlik, minimal komissiya məbləği 15 ABŞ dollarına qədər endirilib, maksimum komissiya məbləği isə 250 ABŞ dolları təşkil edir.

Bu rəqəmlər həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən pul köçürmələri üçün keçərlidir. Eyni zamanda, qeyd olunan şərtlərlə həm Bank of Baku filiallarından, həm də İnternet Bankçılıq vasitəsilə pul köçürməsi etmək mümkündür.

Qeyd edək ki, Bank of Baku-da avtomobilin alışı, daşınması və digər köçürmələrlə əlaqədar komissiya şərtləri dəyişilməz olaraq qalır.

Əlavə olaraq bildirək ki, hazırda Bank of Baku-da MDB və digər xarici ölkələrə təcili pul köçürməyə imkanı verən “Western Union”, əhatə dairəsi Türkiyə olan “UPT” və s. ödəniş sistemləri də aktivdir.

Bank of Baku-nun digər məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, eləcə də bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 

 

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.