
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə “Multi Solutions” və “Cibpay” MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar təqdim olunub.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, qərar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələblərinə uyğun olaraq qəbul edilib.
Qərarın nəticəsində ölkədə fəaliyyət göstərən ödəniş təşkilatlarının sayı 9-dan 7-yə enib. Eyni zamanda, elektron pul təşkilatlarının sayı 13-dən 15-ə yüksəlib.
Qeyd edək ki, elektron pul təşkilatları elektron pul emissiyası və elektron pul kisələri vasitəsilə müxtəlif ödəniş xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərirlər.




