Home » Avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. manatı ötüb

Avtomobillərin icbari sığortası üzrə yığımlar 74 mln. manatı ötüb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda avtomobillərin icbari sığortası bazarında həm yığımlar, həm də ödənişlər artım nümayiş etdirib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 74 milyon 364 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 953 min manat və ya 7,14% çoxdur.

Hesabat dövründə sözügedən sığorta növü üzrə ödənişlərin həcmi isə illik müqayisədə 9 milyon 264 min manat və ya 17,2% artaraq 63 milyon 210 min manata çatıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk beş ayında avtomobillərin icbari sığortası üzrə yığımlar 69 milyon 411 min manat, ödənişlər isə 53 milyon 946 min manat təşkil etmişdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.