Home » Asiya İnkişaf Bankı Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Asian Development Bank (ADB) Azərbaycanın 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını sabit saxlayıb.

BBN.az xəbər verir ki, bu barədə Bankın iyul ayı üzrə yenilənmiş iqtisadi proqnozunda bildirilib.

ADB-nin qiymətləndirməsinə görə, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 4,9 % təşkil edəcək. Bu göstəricilər Bankın aprel ayında açıqladığı proqnozlarla eynidir.

Hesabatda qeyd olunub ki, Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan və Özbəkistan üzrə inflyasiya proqnozları da həm 2026, həm də 2027-ci illər üçün dəyişməz saxlanılıb.

Ümumilikdə isə Qafqaz, Mərkəzi və Qərbi Asiya regionu üzrə inflyasiya proqnozu 2026-cı il üçün 22 %-ə yüksəldilib, 2027-ci il üzrə proqnoz isə 16,3 % səviyyəsində saxlanılıb.

ADB bildirib ki, region üzrə proqnozun artırılması Yaxın Şərqdəki böhranın qiymət təzyiqlərini gücləndirməsi, Türkiyədə inflyasiyanın gözlənildiyindən daha yavaş azalması və yanacaq qiymətlərinin yüksəlməsi ilə bağlıdır.

Bankın məlumatına görə, Ermənistanda təchizat zəncirlərində yaranan problemlər və enerji xərclərinin artması səbəbindən həm 2026, həm də 2027-ci illər üzrə inflyasiya proqnozları yuxarı istiqamətdə yenilənib. Bununla yanaşı, Rusiyanın Ermənistanın bəzi ixrac məhsullarına tətbiq etdiyi məhdudiyyətlər daxili ərzaq təklifini artıraraq qiymət təzyiqlərini qismən zəiflədə bilər.

ADB qeyd edib ki, Ermənistanda inflyasiya yanvar-may aylarında 4,5 %-ə yüksəlib.

Gürcüstan üzrə 2026-cı il inflyasiya proqnozu isə 4,9 %-ə qaldırılıb. Bank bunu regional münaqişələrin enerji, nəqliyyat və istehsal xərclərini artırması ilə əlaqələndirib. 2027-ci il üzrə proqnoz isə dəyişdirilməyib.

Türkiyə üzrə 2026-cı il inflyasiya proqnozu 29,7 %-ə yüksəldilib. ADB bildirib ki, buna səbəb sərt pul siyasətinə baxmayaraq, əmtəə qiymətlərinin yüksək qalması fonunda inflyasiyanın gözləniləndən daha ləng azalmasıdır.

Bankın proqnozuna əsasən, Türkiyədə 2027-ci ildə inflyasiya 21,5 % səviyyəsində qalacaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.