Home » Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edild

Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edild

by yunus
0 comments 0 views 1 minutes read

Ana dilindən doğru istifadəyə və dilin qorunmasının vacibliyinə hər zaman xüsusi önəm verən Bank of Baku bu istiqamətdə maarifləndirici təşəbbüsünü həyata keçirib.

 

Belə ki, Bank tərəfindən 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Sözün də gücü var! Ana dilində peşəkar ünsiyyət, inamlı nitq” mövzusunda seminar təşkil edilib.

 

Bank of Baku əməkdaşları üçün təşkil olunan seminarın əsas məqsədi Azərbaycan dilindən düzgün istifadəni təşviq etmək, səlis və peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək, həmçinin şifahi nitq mədəniyyətini təkmilləşdirməkdir.

 

Bakı Nitq Mərkəzinin təsisçisi və nitq təlimçisi Firuzə Aslanova tərəfindən keçirilən seminarda ana dilimizin tarixinə toxunulub, həmçinin işgüzar ünsiyyətdə diqqət edilməli məqamlar, inamlı və təsirli nitq, verbal və qeyri-verbal ünsiyyətin təsir gücü, ünsiyyət zamanı tez-tez yol verilən nitq xətalarından danışılıb.

 

İnteraktiv formada baş tutan seminarda bank əməkdaşları müxtəlif praktik tapşırıqlar yerinə yetirib və nitqin inkişafına yönəlik tövsiyələr əldə ediblər.

 

Qeyd edək ki, Bank of Baku ana dilində ünsiyyətin və nitq mədəniyyətinin inkişafına töhfə verən maarifləndirici addımları dəstəkləyir, əməkdaşların peşəkar inkişafına yüksək dəyər verir.

 

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi www.bankofbaku.com www.facebook.com/bankofbaku

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.