Home » Böyük Britaniyada inflyasiya son 16 ayın minimumuna enib

Böyük Britaniyada inflyasiya son 16 ayın minimumuna enib

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniyada illik inflyasiya son 16 ayın ən aşağı səviyyəsinə düşüb.

BBN.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, istehlak qiymətləri indeksi (İQİ) iyun ayında illik ifadədə 2,6% artıb.

Bu göstərici may ayında qeydə alınan 2,8%-lik inflyasiya səviyyəsindən aşağı olmaqla yanaşı, iqtisadçıların 2,7%-lik orta proqnozunu da üstələməyib.

İnflyasiyanın azalmasında əsas amillərdən biri xam neftin qiymətinin ucuzlaşması fonunda benzin və dizel yanacağının qiymətlərinin aşağı düşməsi olub.

Qiymət artımını zəiflədən digər amillər arasında qida və alkoqolsuz içkilərin qiymətlərindəki dəyişikliklər də yer alıb.

Bununla yanaşı, İngiltərə Bankının daxili tələb təzyiqlərini qiymətləndirmək üçün izlədiyi xidmət inflyasiyası 3,7%-dən 3,6%-ə enib. Göstərici gözləntilərdən bir qədər yüksək səviyyədə qalıb.

Rəsmi həftəlik məlumatlara əsasən, benzinin bir litrinin orta qiyməti may ayının sonundakı pik göstərici ilə müqayisədə 4% azalaraq təxminən 152 pens təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.