Home » İKZF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 226 milyon manatı ötüb

İKZF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 226 milyon manatı ötüb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 226,3 milyon manat həcmində ipoteka krediti verilib.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz azdır.

Hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin həcmi də azalma nümayiş etdirib. Belə ki, bu istiqamətdə ayrılan vəsait 39,7 faiz azalaraq 131,6 milyon manat təşkil edib.

Mərkəzi Bankın açıqladığı statistikaya görə, son bir ildə İKZF-nin istiqraz emissiyası vasitəsilə cəlb etdiyi maliyyə vəsaiti 39,4 faiz azalaraq 200 milyon manata düşüb.

Bununla yanaşı, dövlət büdcəsindən Fonda ayrılan maliyyə dəstəyi dəyişməyib. Hesabat dövründə bu məbləğ əvvəlki ildə olduğu kimi 42,6 milyon manat səviyyəsində qalıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.