Home » 7 ayda 41 mindən çox uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib

7 ayda 41 mindən çox uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar–iyul aylarında 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, müavinət ödənişləri 19 147 qız və 22 004 oğlan uşağının doğulmasına görə həyata keçirilib.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət proaktiv qaydada təyin olunur və vətəndaşın əlavə müraciət etməsinə ehtiyac qalmır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.