
Bu ilin yanvar–iyul aylarında Azərbaycan Türkiyədən 1 milyard 345,433 milyon ABŞ dolları dəyərində mal idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.
Hesabat dövründə Azərbaycana ixrac Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.
Təkcə iyul ayında isə Türkiyədən Azərbaycana ixracın dəyəri 223,501 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 9,1 % çoxdur.
Yanvar–iyul aylarında Türkiyədən ən çox mal idxal edən ölkələr Almaniya (12 milyard 812 milyon ABŞ dolları, illik müqayisədə 4,4 % artım), ABŞ (8 milyard 251,275 milyon ABŞ dolları, 9,4 % artım) və Birləşmiş Krallıq (8 milyard 78,349 milyon ABŞ dolları, 1,2 % artım) olub.
Ümumilikdə, hesabat dövründə Türkiyənin mal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % artaraq 141 milyard 41,732 milyon ABŞ dollarına çatıb. Təkcə iyul ayında isə ölkənin ixracı 2,1 % artaraq 22 milyard 77,299 milyon ABŞ dolları təşkil edib.





