
Hörmüz boğazı ətrafında yaranan diplomatik ümidlər və ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faiz artıracağı gözləntilərinin səngiməsi qızılın qiymətini sərt şəkildə yuxarı daşıyıb. Ardıcıl dördüncü sessiyadır ki, bahalaşan qızıl son 7 həftənin ən yüksək səviyyəsinə çatıb. İran və Oman arasında Hörmüz boğazındakı gəmiçilik nəzarətinə dair mümkün razılaşma xəbərləri neft qiymətlərinə və ABŞ dollarına təzyiq göstərərkən, inflyasiya risklərinin zəifləməsi FES-in sərt addımlar atacağı ehtiyaclarını azaldıb. ABŞ-da dərc olunan zəif məşğulluq göstəriciləri fonunda investorlar qiymətli metalın cazibəsinə yönəlib və qızılın unsiyası 4300 dollar həddini ötüb.




