
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün 28 yeni domen qeydiyyata alınıb.
BBN.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə verilən yeni subdomenlərin sayı isə 249 olub. Bu, illik müqayisədə 59% artım deməkdir.
Təkcə iyul ayında dövlət qurumları üçün 5 domen və 38 subdomen verilib. Domenlərin sayı ötən ilin iyul ayı ilə müqayisədə 67%, subdomenlərin sayı isə 41% artıb.
Qeyd edək ki, 2025-ci il ərzində dövlət qurumlarının istifadəsinə ümumilikdə 65 yeni domen və 285 yeni subdomen təqdim edilib.





