Home » SOCAR-ın qeyri-neft məhsulları ixracı 28,1% azalıb

SOCAR-ın qeyri-neft məhsulları ixracı 28,1% azalıb

by yunus
0 comments 0 views 0 minutes read

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 175,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

BBN.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,6 milyon ABŞ dolları və ya 28,1% azdır.

Qeyd edək ki, cari ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı illik müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.