Home » Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

Azərbaycan İsveçrəyə neft ixracını 3 dəfə artırıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan İsveçrəyə 272 min 501,4 ton xam neft ixrac edib.

BBN.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ixrac olunan xam neftin ümumi dəyəri 193 milyon 596,3 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixrac həcminin 3 dəfə, dəyərinin isə 3,6 dəfə artması deməkdir.

Hesabat dövründə İsveçrənin Azərbaycanın ümumi xam neft ixracındakı payı 2,1 % olub.

Ümumilikdə, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan 12 milyon 722 min 591 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu ixracın ümumi dəyəri 8 milyard 32,9 milyon ABŞ dolları təşkil edib.

Yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi isə 29 milyard 216 milyon ABŞ dolları olub. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.