Home » AMB-nin banklara və BOKT-lara xalis tələbləri 35,5% azalıb

AMB-nin banklara və BOKT-lara xalis tələbləri 35,5% azalıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 2026-cı il avqustun 1-nə 5,077 milyard manat təşkil edib.

Bu göstərici iyulun 1-i ilə müqayisədə 672,8 milyon manat və ya 11,7% azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara xalis tələbləri 2,8 milyard manat və ya 35,5% azalıb. 2026-cı il iyulun 1-nə bu göstərici 5,749 milyard manat, 2025-ci il avqustun 1-nə isə 7,866 milyard manat olub.

Qeyd edək ki, AMB sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirdiyi mətbuat konfransında mövcud makroiqtisadi şəraitin monetar siyasətin hazırkı kursunun davam etdirilməsi üçün əsas verdiyini bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur, lakin hazırda alternativ ssenariyə keçidi zəruri edən hər hansı əsas yoxdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.