Home » Dövlət Gömrük Komitəsinin sədri gənc liderlərlə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri gənc liderlərlə görüşüb

by bbnadm
0 comments 0 views 2 minutes read

Fevralın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə gənc liderlərin görüşü keçirilib.

Gənc liderləri səmimi salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilk olaraq onları gənclər günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən “GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı çərçivəsində ölkəmizin gələcəyinə işıq tutacaq gənclərlə görüşməkdən, fikir mübadiləsi aparmaqdan məmnunluğunu ifadə edib.

Komitə sədri müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasətindən danışaraq bildirib ki, ulu öndər daim gənclərin müasir standartlara uyğun şəkildə təhsil almasına, bilik və bacarıqlarının artırılmasına, sağlamlıqlarının qorunmasına, xüsusilə dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, qabaqcıl yer tutmalarına xüsusi önəm verib.

Prezident İlham Əliyev tərəfindən bu siyasətin daha da şaxələndirilərək davam etdirildiyini vurğulayan Səfər Mehdiyev bu gün gənclərin intellektual inkişafı, sağlamlığının qorunması, ən əsası şəxsi keyfiyyətlərinin və liderlik qabiliyyətlərinin üzə çıxarılması istiqamətində müxtəlif innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların fərdi inkişafının təşkili, sosial problemlərinin həlli, dövlət idarəçiliyində təmsilçilik məsələlərinə Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi diqqət göstərdiyini bildirən Komitə sədri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın liderlik xüsusiyyətlərinin bütün gənclərə nümunə olduğunu qeyd edib.

Gömrük orqanlarının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinə daim töhfə verməyə çalışdığını vurğulayan Səfər Mehdiyev bildirib ki, gömrük işinin təşkilinin bütün sahələrində gənclərə xüsusi yer verilir, onların potensialının üzə çıxarılması, bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçirilir.

Ötən ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə gömrük orqanlarında “könüllü gömrükçü” dəstələrinin fəaliyyətə başladığını qeyd edən Komitə sədri bu layihənin də gənclərin həyatımızın müxtəlif sahələrində layiqincə təmsil olunmasına, liderlik və idarəçilik qabiliyyətlərinin inkişafına dəstək göstərəcəyinə əminliyini ifadə edib.

Daha sonra gömrük orqanlarının fəaliyyəti, gömrük sistemində aparılan islahatlar və onların mahiyyəti, iqtisadiyyatımızın inkişafı, ixrac və tranzit potensialımızın artırılmasında gömrük xidmətinin rolu barədə gənc liderləri məlumatlandıran Səfər Mehdiyev, sonda onları maraqlandıran sualları ətraflı cavablandırıb.

Tədbirdən sonra gənc liderlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin iş fəaliyyəti ilə yaxından tanış olublar.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.