Home » Son iki gündə 400-dən çox özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

Son iki gündə 400-dən çox özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi davam edir.  

Son iki gün ərzində Bakı, Sumqayıt və  Şirvan şəhərləri, Abşeron, Şuşa, Quba, Şabran, Xaçmaz rayonları üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 400-dən çox iştirakçı aktivlərlə təmin edilib.

Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar. İştirakçılara mebel kəsimi, plastik qapı pəncərə istehsalı, avtoyuma avadanlıqları, playstation aparatları və s. təqdim edilib.

Qeyd edək ki, ötən il 10 min 352 nəfər işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Cari il üzrə də proqramın icrası və daha da genişləndirilməsi işləri  davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.