Home » Fəal yaşlanma layihəsi çərçivəsində Xaçmazda pensiyaçılarla görüş keçirilib

Fəal yaşlanma layihəsi çərçivəsində Xaçmazda pensiyaçılarla görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

BMT-nin Əhali Fondu (BMTƏF) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində Xaçmaz rayonunda pensiyaçılarla görüş keçirilib.

80-dək pensiyaçının qatıldığı tədbir layihənin yaşlı və ahıl şəxslərin fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasının davamı olub.

Tədbirin açılışında nazirliyin və BMTƏF, habelə layihənin icraedici tərəfdaşı “Üçüncü Bahar” İB-nin nümayəndələri çıxış ediblər.

İştirakçılara fəal yaşlanma məfhumu, yaşlı insanların layihədən əldə edə biləcəkləri faydalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmalarına dəstək məqsədi daşıyır. Fəal yaşlanma yaşlı və ahıl şəxslərin fəal iştirakçılığının təşviqi və təmin edilməsi istiqamətində imkanlar yaradır. Bu məqsədlə paytaxtda və bölgələrdə əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.

Daha sonra psixoloq Səidə Əhmədovanın iştirakı ilə yaşlı insanlar üçün “Əhval-ruhiyyəni daim yüksək səviyyədə necə saxlamalı” mövzusunda sessiya təşkil olunub.

Tədbir yaşlı insanların əl işlərindən ibarət sərgiyə baxışla yekunlaşıb.

“Fəal Yaşlanma” layihəsi haqda:

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.

2019-2021-ci illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.