![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Dünya Bankı İdarə Heyəti hal-hazırda bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı cavab tədbirlərini sürətləndirmək və gücləndirmək məqsədilə növbəti 15 ay ərzində ümumilikdə 160 milyard dollarlıq dəstək proqramı həyata keçirəcəklərini bildirib.
İlkin mərhələdə 25 ölkədə ümumi məbləği 1.9 milyard dollar olan layihələr həyata keçiriləcək. Bu layihələr səhiyyə sisteminin dayanıqlılığının artırılması, səhiyyə institutlarının tutumluluğunun artırılması, səhiyyə əməkdaşlarının təlimatlandırılması, laborator diaqnostikanın sürətləndirilməsi, pandemiyanın iqtisadi təsirlərinin yüngülləşdirilməsi, kiçik və orta sahibkarların bizneslərinin qorunması və bir sıra digər məqsədlərə nail olmaq üçün həyata keçiriləcəkdir. İlkin mərhələdə layihələrin keçiriləcəyi ölkələr aşağıdakılardır:
Ölkə | Vəsait (milyon dollar) |
Əfqanıstan | 100.4 |
Argentina | 35 |
Kapo Verde | 5 |
Kamboca | 20 |
Konqo DR | 47.2 |
Cibuti | 5 |
Ekvador | 20 |
Efiopiya | 82.6 |
Qana | 35 |
Haiti | 20 |
Hindistan | 1,000 |
Keniya | 50 |
Qırğızıstan | 12.5 |
Maldiv Adaları | 7.3 |
Mavritaniya | 5.2 |
Monqolustan | 26.9 |
Pakistan | 200 |
Paraqvay | 20 |
San Tome və Prinsipi | 2.5 |
Seneqal | 20 |
Sierra Lyone | 7.5 |
Şri Lanka | 128.6 |
Tacikistan | 11.3 |
Qambiya | 10 |
Yəmən | 26.9 |
İkinci mərhələ layihələrinin isə 40-dan çox ölkəni əhatə etməsi planlaşdırılır.
Bununla yanaşı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da pandemiyanın özəl sektora təsirini azaltmaq və iş yerlərini qorumaq üçün 8 milyard dollarlıq maliyyə vəsaiti ayırıb.