ABŞ mərkəzli elektrikli avtomobil istehsalçısı “Tesla” Çinin tmall.com saytında rəsmi onlayn satış dükanını açıb. Belə bir addımın atılmasının əsas səbəbi kimi Çində istehsal edilən “Model 3” Tesla avtomobilinin ölkə daxilində satışını artırmaq göstərilir.
Tmall.com istifadəçiləri saytda mövcud olan onlayn dükan vasitəsilə müxtəlif “Tesla” avtomobillərini virtual olaraq sürərək test etmək, həmçinin ehtiyat hissələrini əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Tesla” şirkətinin mart ayında Çində avtomobil satışları 10 mini ötüb.
“Alibaba Group” holdinqinə məxsus olan tmall.com saytında “Tesla”, “IKEA”, “Prada”, “Giorgio Armani” kimi məşhur brendlər də daxil olmaqla, 12 minə yaxın brendin satışı həyata keçirilir.