Home » Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günlərində də işləyəcək

Xüsusi karantin rejimi müddətində poçt şöbələri bazar günlərində də işləyəcək

by bbnadm
0 comments 0 views 0 minutes read

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələri (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) bazar günləri də fəaliyyət göstərəcək.

Məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Paytaxtda və regionlarda yerləşən poçt şöbələri bazar günləri saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də bazar günləri həmin saatlarda vətəndaşların xidmətindədir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.