Home » Distant formada korporativ hüquq təliminə başlanılıb

Distant formada korporativ hüquq təliminə başlanılıb

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə üzrə elan edilmiş xüsusi karantin rejimi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi fəaliyyətini distant formada davam etdirir.

Bu gündən etibarən Xaçmaz KOB İnkişaf Mərkəzində distant formada “Korporativ hüquq” təliminə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 15 mikro, kiçik və orta biznes subyektinin iştirak etdiyi təlim 4 gün davam edəcək.

Təlim çərçivəsində KOB-lara əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə və s. barədə ətraflı məlumat veriləcəkdir.

“Korporativ hüquq” təliminə qoşulmaq istəyən sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərlər:

Telefon/Whatsapp: (055) 222 15 04 (Rauf Əliyev),

e-mail: khachmazkobim@gmail.com.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.