Home » “Gazprom” gəlirləri cari ildə azala bilər

“Gazprom” gəlirləri cari ildə azala bilər

by bbnadm
0 comments 0 views 1 minutes read

Rusiyanın energetika nəhəngi “Gazprom” qaz ehtiyatlarının kəskin şəkildə azalması səbəbindən cari ildə gəlirlərin azalması ilə üzləşə bilər. Bu barədə, şirkətin baş icraçı direktorunun müavini Vitaliy Markelov açıqlamasında bildirib. O həmçinin şirkətin çətin dövrlərdən keçdiyini də vurğulayıb.

“Gazprom” şirkəti tərəfindən aprel ayı ərzində Avropaya satılan qaz həcmi 40% həcmində azaldılıb. Belə ki, mart ayının ilk 26 günündə Avropaya 2.6 milyard kubmetr qaz satılmasına baxmayaraq, aprel ayının müvafiq dövründə aşağı qiymətlər səbəbindən ixrac həcmi 1.4 milyard kubmetr səviyyəsinə endirilib.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, yanvar-fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətdə “Gazprom”un təbii qaz ixracından gəlirləri 51.3% azalaraq 5.05 milyard dollara düşüb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.