Home » Almaniyanın ticarət dövriyyəsi geriləyib

Almaniyanın ticarət dövriyyəsi geriləyib

by bbnadm
0 comment 0 views 1 minutes read

Avropa iqtisadiyyatının “mühərriki” hesab edilən Almaniya Federasiyasının mart ayı üzrə ixrac və idxal əməliyyatlarının həcmində koronavirus səbəbindən kəskin geriləmə müşahidə edilib. Almaniyanın rəsmi statistika bürosu olan “Destatis” tərəfindən açıqlanan məlumata əsasən Almaniyada mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayına nisbətdə 11.8% azalaraq 108.9 milyard avroya geriləyib. Bu isə, 1990-cu ildən bu yana qeydə alınan ən kəskin geriləmədir. İxrac həcmi ötən ilin mart ayı ilə müqayisə edildikdə, 7.9%-lik azalma müşahidə etmək olar.

Digər tərəfdən, ölkənin idxal əməliyyatlarının həcmi mart ayında fevral ayına nisbətdə 5.1%, 2019-cu ilin mart ayına nisbətdə isə 4.5% azalaraq 91.6 milyard avro səviyyəsində qərarlaşıb. Bununla da, xarici ticarət balansı mart ayında 20.6 milyard dollar səviyyəsindən 17.4 milyard dollar səviyyəsinə geriləyib.

Qeyd edək ki, ekspertlər Almaniyada mart ayına olan ixrac göstəricisinin 5%, idxal göstəricisinin isə 4% geriləməsini proqnozlaşdırmışdılar. Ölkənin ixrac fəaliyyətlərindən asılılığını əsas gətirərək, Almaniya hökuməti 750 milyard dollarlıq tədbirlər paketinin icra olunmasına baxmayaraq, cari ildə ölkə iqtisadiyyatının 6.3% həcmində kiçiləcəyini proqnozlaşdırıblar. Bu isə, İkinci Dünya Müharibəsindən bu yana ən böyük iqtisadi geriləmədir.   

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.