Home » DOST mərkəzlərinə 200 000-ci vətəndaş müraciəti qeydə alınıb

DOST mərkəzlərinə 200 000-ci vətəndaş müraciəti qeydə alınıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Prezident İlham Əliyevin əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin əsas fəaliyyət prinsipidir.

Pandemiyanın yaratdığı məhdudiyyətlər zamanı da elektron formada xidmətlərini davam etdirən DOST mərkəzləri son aylarda yenidən vətəndaşların qəbulunu həyata keçirir. Şanlı Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqq savaşında olduğu və parlaq zəfərlər əldə etdiyi bu günlərdə DOST mərkəzləri öz fəaliyyətini xalqımızın Qələbə ruhuna uyğun quraraq daha da gücləndirib.

Bu gün isə DOST mərkəzlərinə artıq  200 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Paytaxtın Səbail rayon sakini Cəmilə Səfərovanın 1 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət əlilliyin bərpa olunması ilə bağlı olub. Müraciətə uyğun müvafiq tədbir görülüb və vətəndaş göstərilən xidmətdən məmnun qaldığını bildirib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətlərdən istifadə edən 200 000-ci vətəndaşa qurumun təşəkkürnaməsini təqdim ediblər.

Vətəndaş Cəmilə Səfərova DOST xidmətlərindən razılığını qeyd edib və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından Bakıda artıq 3 DOST mərkəzi yaradılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.

Qarşıdakı dövrdə Bakıda və respubikamızın bölgələrində yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.